Ukraynanın döyüş meydanındakı uğursuzluqlarını nəzərə alsaq, Fransa prezidenti Emmanuel Makron danışıqlar üçün Rusiyaya səfər etməyə hazır ola bilər. Bu fikri Pentaqonun keçmiş müşaviri və təqaüddə olan polkovnik Duqlas MakQreqor “Die Weltwoche” qəzetinə verdiyi müsahibədə bildirib.
“İndi bizdə Makron var, o, Moskvaya gedib ruslarla danışıqlar aparmağı planlaşdırır. Yaxşı, onlar onunla danışacaqlar, amma Makronun nəyəsə nail ola biləcəyinə dair heç bir dəlil görmürəm”, – MakQreqor deyib.
Ekspertin fikrincə, Ukraynanın döyüş meydanındakı məğlubiyyətləri Avropanı Rusiya ilə əlaqə qurmağa sövq edib. O, Ukrayna ilə bağlı son xəbərlərin Makronu və digər Avropa liderlərini vəziyyətə daha obyektiv baxış bucağına yaxınlaşdırdığını irəli sürüb.















