Macarıstanın paytaxtı Budapeştdə Rusiya, ABŞ və Ukrayna liderlərinin üçtərəfli görüşü baş tuta bilər. Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Skot Bessent deyib.
“Ola bilər. Amma əvvəlcə biz Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə ikitərəfli görüşünün necə keçdiyini görməliyik”, – deyə departament rəhbəri müvafiq sualı cavablandırıb.