ABŞ Maliyyə Nazirliyi biznesləri Rusiyaya qarşı sanksiyalara kömək etməyə çağırıbbackend

Anti-Rusiya sanksiyalarının effektivliyi o halda mümkündür ki, bizneslər məhdudiyyətlərə əməl etsinlər. Bu barədə Financial Times qəzetinin köşə yazısında Birləşmiş Ştatların maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.

O vurğulayıb ki, özəl sektor artıq Qərbə kömək etmək üçün çox şey edib, lakin daha çox iş görülməlidir. Adeyemo bu mexanizmi “Rus döyüş maşınının dişlilərinə qum qoymaq” kimi görür. O, maliyyə institutlarını Rusiya müdafiə sənayesinə maddi dəstək verən dövlətlərlə müxbir əlaqələrini yoxlamağa çağırıb.

İyunun 2-də Rusiyada İtaliya Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) prezidenti Vittorio Torrembini bəyan etdi ki, Rusiyada hələ də fəaliyyət göstərən bir çox italyan şirkətləri artıq ruslaşıb, onlar ölkəyə o qədər uyğunlaşıblar ki, heç vaxt onu tərk etməyəcəklər.

Mənbə: Financial Times