ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji nəhənglərinin nəzarətində olan Serb neft şirkəti NIS-in lisenziyasını dördüncü dəfə uzadıb.
RİA Novosti-nin yerli KİV-ə istinadən verdiyi məlumata görə, sanksiyalar rejimindən azad olma müddəti iyulun 29-dək uzadılıb.
Səhmlərinin 56,14%-i “Qazprom” və “Qazprom Neft”ə məxsus olan “Naftna Industrija Srbije” şirkəti iyunun 20-də müddətin uzadılması üçün müraciət edib. Təşəbbüs Serbiya və Macarıstan hökumətləri tərəfindən dəstəklənib və bu, müəssisənin fəaliyyətini fasiləsiz davam etdirməyə imkan verib.
ABŞ sonuncu dəfə aprelin 26-da Serbiyanın NIS şirkətinə qarşı sanksiyaların tətbiqini təxirə salmışdı.