ABŞ Xəzinədarlığı Suriyanın iki şirkətinə – “Al-Fadel Exchange” və “Al-Adham Exchange Company”yə qarşı ölkə hakimiyyətinin əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçərək qlobal maliyyə sisteminə çıxışına dəstək verməsi ilə əlaqədar sanksiyalar tətbiq edib.
Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
“ABŞ Xəzinədarlığı Suriyanın iki maliyyə müəssisəsini sanksiya siyahısına daxil edib”, – nəşr yazır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onlar Suriyanın Bəşər Əsəd rejiminə, onun Hizbullah müttəfiqlərinə və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əl-Qüds qüvvələrinə beynəlxalq maliyyə sisteminə çıxışı saxlamaqda gizli kömək ediblər.
Mənbə: Bloomberg