ABŞ müdafiə sammitinə 34 ölkənin hərbi liderlərini dəvət edibbackend

34 ölkənin yüksək rütbəli hərbi liderləri Qərb yarımkürəsində müdafiə və narkotiklərlə mübarizə məsələlərini müzakirə etmək üçün 11 fevralda Vaşinqtonda görüşəcəklər. Bloomberg agentliyinin məlumatına görə, sammitə ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn sədrlik edəcək.

Agentlik ABŞ Müdafiə Nazirliyinin bəyanatına istinadən bildirir ki, “34 ölkənin müdafiə nazirləri və yüksək rütbəli hərbi rəsmiləri ortaq təhlükəsizlik prioritetləri barədə ortaq bir anlayış inkişaf etdirmək və regional əməkdaşlığı gücləndirmək üçün görüşəcəklər”.

Görüş iştirakçıları cinayətkar və terrorçu təşkilatlara, eləcə də “ABŞ-ın təhlükəsizliyini və sabitliyini sarsıdan” xarici qüvvələrə qarşı mübarizədə əməkdaşlığın vacibliyini müzakirə edəcəklər.