ABŞ müəyyən dəri rəngi olan qaçqınları qəbul edəcəyini açıqlayıbbackend

ABŞ prezidenti Donald Trampın administrasiyası immiqrasiya siyasətini kökündən dəyişmək və gələcəkdə Avropa və Cənubi Afrikadan olan ağdərili, ingilisdilli qaçqınları qəbul etmək niyyətindədir. Bu barədə qəzetin əldə etdiyi sənədlərə istinadən The New York Times (NYT) yazıb.

Qeyd edilir ki, qaçqın proqramı tamamilə “təqib iddiasında olan ağdərililəri” qəbul etməyə istiqamətləndiriləcək. Hazırda qaçqın proqramı “dünya ölkələrinin ən həssas qruplarına kömək etməyə” yönəlib.

Nəşrin müəllifləri yazır ki, dəyişikliklər öz ölkələrinin immiqrasiya siyasətinə qarşı çıxan və “populist partiyaları” dəstəkləyən digər yerli avropalılara da təsir edə bilər. Onlar, məsələn, “online də daxil olmaqla, öz fikirlərini dinc yolla ifadə etdiklərinə görə təqib olunsalar” qaçqın statusu ala biləcəklər. Belə qaçqınlar, xüsusən də Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının üzvləri ola bilər.