ABŞ səlahiyyətliləri Nyu York və Nyu Cersi ştatlarında müşahidə edilən naməlum dronların arxasında xarici müdaxilənin olduğuna inanmır.
Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas ABC telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, səlahiyyətlilər bu halları araşdırmaqda davam edir.
Bundan əvvəl Mayorkas bildirib ki, Birləşmiş Ştatlar hökuməti Nyu Cersi polisinə ştatın səmasında görünən naməlum dronlarla mübarizə aparmağa kömək edir.
Nazirin sözlərinə görə, sakinlər hər il ABŞ səmasında minlərlə dron görürlər.