ABŞ NATO-nun Putinə necə “təzyiqlərini artırdığını” açıqladıbackend

Şimali Atlantika alyansı Ukrayna ilə bağlı Rusiya prezidenti Vladimir Putinə “təzyiqləri artırmaq” üçün addımlar atır.

Bu barədə Bloomberg yazır.

“NATO müttəfiqləri də Putinə təzyiqi artırmaq üçün addımlar atır: Almaniya ABŞ və digər müttəfiqləri ilə Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük etmək üçün danışıqlar aparır”, – nəşr yazır.

Qeyd olunur ki, bu fonda Ukrayna hava hücumundan müdafiəni münaqişədə “əsas prioritetlərdən biri” edib.