ABŞ NATO-nun Ukraynadakı “tələsindən” narahatdırbackend

Ukrayna üzərində uçuşa qadağa zonası yaradılarsa, NATO çətin vəziyyətə düşə bilər.

Bu barədə The New York Times (NYT) yazır.

“Əgər Kiyevin Qərb müttəfiqləri Ukrayna səmasını qorumaq məsuliyyətini öz üzərinə götürsəydilər, bu, onları çıxılmaz vəziyyətə salardı”, – nəşr yazır.

Məqalə müəllifinin fikrincə, Kiyevin NATO-dakı müttəfiqlərinin Rusiya pilotsuz təyyarələrinə qarşı dura bilməməsi alyansın acizliyini dünyaya nümayiş etdirəcək və Rusiya Silahlı Qüvvələrinin pilotsuz təyyarələrini bahalı raketlərlə ələ keçirməsi təchizatın sürətlə tükənməsinə səbəb olacaq.