Pentaqonun göstərişi ilə ABŞ Afrika Komandanlığı (AFRICOM) Nigeriyadakı xristianları qorumaq üçün üç plan hazırlayıb, The New York Times (NYT) mənbələrə istinadən yazır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp xristianları islam yaraqlılarının hücumlarından qorumaq üçün Pentaqona Nigeriyaya hərbi müdaxiləyə hazırlaşmağı əmr etmişdi.
NYT-nin mənbələrinə görə, ABŞ ordusu heç kimin ciddi şəkildə düşünmədiyi İraq və ya Əfqanıstana bənzər bir kampaniya başlatmağa hazır olmasa, zorakılığı yatırmaq üçün çox az şey edə bilər. Bununla belə, Pentaqonun silahlılara məhdud təsir göstərə biləcək bir sıra tədbirləri var.
Məqalədə bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri Nigeriyanın şimalında silahlıların nəzarətində olan bir neçə məlum hədəfə hava zərbələri endirə bilər. MQ-9 Reaper və MQ-1 Predator kimi Amerika pilotsuz təyyarələri bir neçə avtomobili və hətta konvoyu hədəfə ala bilər. Bundan əlavə, ABŞ qoşunları kəndlərə reydlər keçirmək və ölkənin şimalındakı kənd icmalarında yerləşən üsyançıların kökünü kəsmək üçün Nigeriya əsgərləri ilə birləşə bilər.














