ABŞ nümayişlərində SSRİ bayraqları göründübackend

San-Fransiskoda ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə etiraz edənlər SSRİ bayrağı ilə nümayiş keçiriblər.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Kadrlarda nümayişdə oraq və çəkiclə bayraq taxmış bir nəfər görünür.

İyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri hədəf alan reydi etirazçılarla toqquşmaya çevrilib. Ağ Ev rəsmiləri Los-Ancelesdəki etirazları “qanunlara qarşı üsyan” kimi qiymətləndiriblər.