“Politico”nun ABŞ Dövlət Departamentinin daxili memorandumuna istinadən verdiyi məlumata görə, Tramp administrasiyası Milan Qış Olimpiya Oyunlarından ölkənin beynəlxalq idmandakı mövqeyini gücləndirmək üçün istifadə etmək niyyətindədir.
Memoranduma əsasən, ABŞ hökuməti “ABŞ-ı beynəlxalq idmanda qlobal lider kimi tanıtmağı” və “Amerikada on illik idman” üçün təkan yaratmağı planlaşdırır. Bu dövrdə ölkədə bir neçə böyük idman tədbiri keçiriləcək: 2028-ci ildə Los-Ancelesdə Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları, 2034-cü ildə Solt Leyk Sitidə Qış Oyunları və 2026-cı ildə FİFA Dünya Kuboku. ABŞ-ın vitse-prezidenti J.D. Vensin Milan Qış Olimpiya Oyunlarının açılışında ABŞ nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilir.















