Amerika Birləşmiş Ştatlarında siyasi motivli zorakılıq 1960-cı illərdən bəri rekord həddə çatıb.
Bu barədə Amerikanın Bloomberg agentliyi öz təhlilinə istinadən məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, 2021-ci ildən bəri ABŞ-da siyasətçilərə qarşı ən azı beş sui-qəsd cəhdi edilib. Bu rəqəmə prezident Donald Trampın dövlət başçısı vəzifəsinə namizəd olduğu dövrdə ona qarşı iki hücum da daxildir. Agentliyin məlumatına görə, bu fenomen ölkənin əsas siyasi partiyaları arasında fikir ayrılıqlarının kəskinləşməsi ilə bağlıdır.
“Qütbləşmə çox vaxt siyasi zorakılıqla yanaşı gedir. Risk ondan ibarətdir ki, zorakılıq daha da zorakılığa səbəb ola bilər”, – məqalə müəllifləri ekspertlərin rəyinə istinad edirlər.