ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son 24 saat ərzində Yəməndə Husilərə məxsus üç pilotsuz uçan aparatın və iki Husi raket buraxılış qurğusunun məhv edildiyini bildirib.
Bu barədə X sosial şəbəkəsində deyilir.
“Son 24 saat ərzində CENTCOM qüvvələri Yəməndə husilərin nəzarəti altında olan üç pilotsuz uçan aparatı və iki raket buraxılış qurğusunu uğurla məhv edib”, – komandanlığın bəyanatında deyilir.
CENTCOM-un məlumatına görə, “bu qurğular ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün açıq və hazırkı təhlükə yaradırdı”.
“Bu hərəkətlər naviqasiya azadlığını təmin etmək üçün atılıb”, – ABŞ ordusu əlavə edib.















