ABŞ ordusu ilə əməkdaşlıq edən iki əfqan ABŞ-dan deportasiya oluna bilərbackend

Əvvəllər ABŞ ordusunda tərcüməçi işləmiş iki Əfqanıstan vətəndaşı ABŞ-dan deportasiya oluna bilər, Washington Post (WP) onların vəkillərinə istinadən yazır.

Əfqanlardan biri yaşıl kart prosedurları çərçivəsində görüşə gəldikdən sonra Konnektikutda immiqrasiya rəsmiləri tərəfindən saxlanılıb. İkinci tərcüməçi San Dieqoda sığınacaqla bağlı dinləmə keçirildikdən az sonra saxlanılıb.

Saxlanılan əfqanların vəkilləri Əfqanıstana qayıtmağın onlar üçün ciddi təhlükə olduğunu vurğulayıblar.