ABŞ ordusu İrana təkrar zərbələr endirməyi düşünübbackend

Birləşmiş Ştatlar Tehranın ABŞ prezidenti Donald Tramp administrasiyası ilə nüvə sazişi üzrə danışıqları bərpa etməyə razı olmadığı təqdirdə, İranın daha az zədələnmiş iki nüvə obyektinə əlavə zərbələrin endirilməsi imkanını müzakirə edir.

Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Əgər yeni kəşfiyyat məlumatları daxil olduqdan sonra İranın nüvə proqramına dəyən zərərlə bağlı ilkin nəticələr təsdiq olunarsa, ABŞ yenidən münaqişəyə cəlb oluna bilər”, – telekanalın bəyanatında deyilir.

Mənbələrin NBC telekanalına verdiyi məlumata görə, ABŞ Mərkəzi Komandanlığı əməliyyat zamanı üç əlavə hədəfin vurulmasını nəzərdə tutan İrana zərbə endirmək üçün “daha əhatəli plan” hazırlayıb. Sonuncunun “bir gecə deyil, bir neçə həftə” davam edəcəyi gözlənilir.