ABŞ Dəniz Piyadaları Korpusu ağır yüklərin daşınmasına kömək edən və kəşfiyyatda iştirak edən robot itlərin çöl sınaqlarına başlayıb. Bu barədə Fox News məlumat yayıb.
“Dəniz Piyadaları Korpusu yeni nəsil robot itləri sınaqdan keçirir”, – mesajda deyilir.
Nəşr qeyd edib ki, robot itlər “gətir” əmrini yerinə yetirməkdən daha çox şey edə bilirlər. Hərbçilərin fikrincə, onlar əsgərlərin təhlükəsizliyini artıracaqlar.
Mənbə: Fox News

