ABŞ prezidenti Donald Trampın administrasiyası Pakistan və Əfqanıstanda uşaqlar üçün nəzərdə tutulan 500 tona yaxın peçenyenin məhv edilməsi barədə göstəriş verib.
Bu barədə “Atlantic” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə Beynəlxalq İnkişaf Agentliyi (USAID) hələ də Dubayda (BƏƏ) anbarda saxlanılan peçenyelərə təxminən 800 min dollar xərcləyib. Tramp administrasiyası digər ölkələrə yardımı dondurduqdan sonra USAID işçiləri daha çox peçenye göndərilməsi üçün icazə istədi, lakin heç bir cavab almadı. Bu arada məhsulun yararlılıq müddəti yaxınlaşır.
Vaşinqton ərzaq ehtiyatlarının yoxsullara göndərilməsi əvəzinə yandırılmasını əmr etdi. Məqalədə deyilir ki, yemək Əfqanıstan və Pakistandakı uşaqlar üçün nəzərdə tutulub.