ABŞ paytaxtının mərkəzində Fələstin tərəfdarlarının nümayişi keçirilirbackend

Vaşinqtonun mərkəzində Fələstinə dəstək nümayişi başlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Onlarla nümayişçi saat 19:30 (Moskva vaxtı ilə 2:30) radələrində 16-cı və K küçələrinin kəsişməsinə toplaşıb. Fələstin tərəfdarları daha sonra Amerika paytaxtının əsas küçələri ilə hərəkət ediblər. Yürüş iştirakçıları Fələstinə dəstək şüarları səsləndirib, tüstü bombaları yandırıblar.

Nümayişçiləri polis müşayiət edib. Nümayiş dinc xarakter daşıyır. Hələlik həbs olunmayıb.

Mənbə: RİA Novosti