ABŞ prezidenti Aİ-ABŞ ticarət sazişini şərh edibbackend

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin bağlanma şansının 50 faiz olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.

Trampın sözlərinə görə, o, iyulun 27-də Şotlandiyada Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ilə ABŞ və Aİ arasında ticarət sazişini müzakirə etmək niyyətindədir.

“Düşünürəm ki, bizim Avropa İttifaqı ilə yaxşı şansımız var – 50-50. Bu çox şeydir”, – Amerika prezidenti paylaşıb.