ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin müşayiəti ilə G7 sammiti üçün Xirosimaya gəlib. Onun gəlişinin yayımını Britaniyanın The Independent nəşri aparır.
“Bir nömrəli lövhə”də onları ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel qarşıladı. Baydenin mayın 18-də Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşü planlaşdırılır.
Xirosimada G7 sammiti mayın 19-dan 21-dək keçiriləcək.

