ABŞ prezidenti və Yaponiyanın baş naziri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı razılığa gəliblər

Yaponiyanın baş naziri Fumio Kişida və ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı sanksiyaları saxlamaq və Ukraynaya yardımı davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin iki liderin mayın 19-dan 21-dək G7 sammitinin keçiriləcəyi Xirosimada görüşünün yekunlarına dair bəyanatında deyilir.

Kişida və Bayden qlobal Cənub ölkələri (ilk növbədə Çin, Hindistan, Braziliya, Cənubi Afrika kimi ən böyük ölkələr. ) ilə əməkdaşlığın vacibliyini bəyan ediblər.

ABŞ və Yaponiya liderləri həmçinin müdafiə sahəsində əməkdaşlığı, Çinin təsirini və Ukraynadakı münaqişəni müzakirə ediblər.

Oxşar xəbərlər