ABŞ senatoru Ron Conson bir müddət əvvəl xərçəng diaqnozu qoyulan keçmiş ABŞ prezidenti Co Baydenin səhhəti ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Bu barədə Axios məlumat yayıb.
O, ABŞ hökumətinə kimin rəhbərlik etdiyini anlamaq lazım olduğunu vurğulayıb.
Senator 2021-2024-cü illər arasında Baydenlə birbaşa əlaqədə olan bir neçə onlarla insana tezliklə məktublar göndərməyə başlayacağını söylədi.
Bundan əvvəl Ağ Evin keçmiş həkimi və Respublikaçı konqresmen Ronni Cekson demişdi ki, prostat xərçənginin aqressiv forması diaqnozu qoyulan Baydenin ömrünün 12-18 ay ola bilər.