ABŞ prezidentliyinə namizəd ölkəsini NATO-dan çıxmaq istəyirbackend

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami qalib gələrsə,ABŞ-ı NATO-dan çıxmaq niyyətindədir, Politico onun bəyanatı ilə tanış olan mənbələrə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, Ramasvami və ya alyansla bağlı fikirlərini bölüşən siyasətçi qalib gəlsə, Alyansın “günləri sayılacaq”.

“Respublikaçı namizəd Vivek Ramasvami bir çox insanlara ABŞ-ı NATO-dan çıxaracağını söylədi”, – nəşr yazır.

Mənbə: TASS