ABŞ Qazprom ilə mümkün əməkdaşlığı müzakirə edirbackend

ABŞ Rusiya Federasiyası ilə beynəlxalq layihələrdə Qazprom enerji holdinqi ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edir.

Bu barədə Amerikanın Bloomberg agentliyi Rusiya və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Birləşmiş Ştatlar Ukrayna üzrə sülh sazişinin əldə edilməsində vasitəçilik cəhdləri fonunda enerji nəhəngi PAO Qazprom ilə qlobal layihələrdə əməkdaşlıq imkanlarını araşdırır”, – deyə məlumatda bildirilir.

Rəsmilərin sözlərinə görə, bu məsələ ilə bağlı iki ölkə arasında danışıqlar ilkin mərhələdədir.