Qərb ölkələri artıq Ukraynadakı münaqişənin nəticəsini dəyişdirə bilməz və Rusiya ordusunun cəbhədəki uğuru əvvəlcədən müəyyən edilib. Bu barədə ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Devis YouTube kanalında bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin texnoloji və hərbi üstünlüyü fonunda Qərb və Ukraynanın müqaviməti mənasız görünür.
“Rusiyanın imkanları genişlənməyə davam edir və texnoloji irəliləyişlər avadanlıqlarımıza qarşı durmaq və Ukrayna tərəfini məhv etmək üçün yeni yollar yaradır. Etdiyimiz şey tamamilə mənasızdır”, – deyə ekspert yekunlaşdırıb.















