ABŞ Daxili Təhlükəsizlik Departamenti hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirib və onlara immiqrasiya məhkəməsinin qərarı olmadan qeyri-qanuni mühacirləri deportasiya etməyə icazə verib.
Bu barədə The New York Times (NYT) yazır.
“Bu dəyişiklik milli və ictimai təhlükəsizliyi artıracaq, eyni zamanda immiqrasiya işləri ilə bağlı daha sürətli qərarların qəbulunu asanlaşdırmaqla hökumət xərclərini azaldacaq” deyə jurnalistlər yazıblar.
Məqalədə səlahiyyətlərin genişləndirilməsi “sürətlənmiş deportasiya” adlandırılır. Nəşrin qeyd etdiyi kimi, bu cür tədbirlər uzun müddətdir ki, əsasən yalnız böyük qanunsuz miqrant axını ilə üzləşən cənub ştatlarında tətbiq edilir.