ABŞ qitələrarası ballistik raketlər buraxacaqbackend

ABŞ iyunun 4-də və 6-da “Minuteman III” qitələrarası ballistik raketinin buraxılışını həyata keçirəcək.

Bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, qitələrarası ballistik raketin buraxılışı Kaliforniyada ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələrinin bazasında baş tutacaq.

Məlumatda həmçinin bildirilir ki, bu proqramın məqsədi ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməkdir.

Mənbə: İzvestiya