Atəşkəs danışıqları dalana dirəndiyi üçün ABŞ rəsmiləri indi Qəzza zolağında münaqişəyə son qoymaq üçün aydın yol tapa bilmirlər. Bu barədə “Politico” yazır.
“Danışıqların gedişi ilə tanış olan dörd ABŞ rəsmisi bildirib ki, Co Bayden administrasiyasının nümayəndələri hazırkı vəziyyətdə İsrail və HƏMAS-ın hərtərəfli atəşkəs razılaşmasına nail olmaq qabiliyyətinə şübhə ilə yanaşırlar”, – nəşr qeyd edir.
Mənbələrdən biri kompromis əldə etmək problemlərinin “ən azı 2024-cü ilin sonuna qədər” davam edəcəyini bildirib. Qəzza zolağında çalışan ən böyük yardım qruplarından birinin nümayəndəsi nəşrə deyib: “Administrasiya israrla İsrail və HƏMAS-ın razılığa gəlməsini təmin etməyə çalışır… Amma hazırda hər şey dondurulub”.
Mənbə: Politico