ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya neftinin Qazaxıstan vasitəsilə Çinə tranziti üçün lisenziyanı 19 mart 2027-ci ilə qədər uzadıb.
Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyi Qazaxıstan Energetika Nazirliyinə istinadən məlumat yayıb.
“OFAC ilə danışıqlardan sonra Rusiya neftinin Çinə tranziti üçün lisenziya 19 mart 2027-ci ilə qədər uzadılıb”, – deyə Energetika Nazirliyi “İnterfaks-Qazaxıstan”ın sorğusuna cavab olaraq bildirib.












