Birləşmiş Ştatlar münaqişə vəziyyətində Çin və Rusiya peyklərinə qarşı durmaq üçün yeni elektron müharibə (EW) sistemini yerləşdirir. Bu barədə Bloomberg məlumat yayıb.
Pentaqonun nümayəndələri agentliyə bildiriblər ki, peyk siqnallarının tıxanması üçün ilk 11 cihaz bir neçə ay ərzində, daha 13 cihaz isə bu ilin sonunadək istifadəyə veriləcək. Bloomberg yazır ki, Uzaqdan Modul Terminal adlanan elektron müharibə sistemləri “sərt iqlim şəraitində” yerləşdirilməli olan peyk rabitəsini boğmaq üçün kiçik və ucuz vasitədir.
Belə cihazların əsas məqsədi potensial düşmənin peyk rabitəsini bloklamaqdır.
Mənbə: Bloomberg