ABŞ Rusiyadan Ukrayna böhranının sülh yolu ilə həllinə hazır olduğuna dair güclü siqnallar alıb.
Prezident Donald Tramp bu barədə ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı bildirib.
“Biz Rusiya ilə ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair inandırıcı siqnallar aldıq”, – dövlət başçısı vurğulayıb.
Amerika prezidentinin sözlərinə görə, Ukrayna münaqişəsini dayandırmaq lazımdır və bunun üçün “hər iki tərəflə danışmaq” lazımdır.