May ayında ABŞ Rusiyadan 209,5 milyon dollar dəyərində zənginləşdirilmiş uran alıb ki, bu da 2023-cü ilin martından bəri ən yüksək göstəricidir.
RİA Novosti bu barədə Amerika Statistika Bürosunun məlumatlarına istinadən xəbər verir.
Agentliyin materialına görə, yazın sonunda Moskva apreldəki fasilədən sonra ABŞ-a uran tədarükünü bərpa edib. Ay ərzində ixrac 209,5 milyon dollar dəyərində 91,1 ton olub, 2023-cü ilin mart ayında ABŞ 245,9 milyon dollar dəyərində zənginləşdirilmiş uran alıb.
RİA Novosti-nin hesablamalarına görə, bütün dövr ərzində ABŞ maksimum məbləğə – 987 milyon dollara zənginləşdirilmiş uran alıb.