Rusiya Finlandiya ilə sərhədində hərbi qüvvələrini gücləndirir və Ukraynada davam edən münaqişə fonunda yeni alovlanma nöqtəsi yaradır.
Bu barədə “The New York Times” yazır.
Qəzetin yazdığına görə, peyk görüntüləri Rusiyanın Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə gücləndirdiyini təsdiqləyir – infrastruktur, qırıcı təyyarələr üçün sığınacaqlar, anbarlar tikir.
“Çadırlar, döyüş təyyarələri üçün sığınacaqlar və hərbi texnika üçün anbarlar NATO-nun ən yeni üzvlərindən birinin yaxınlığında Rusiyanın mövcudluğunun artdığını göstərir”, mətndə deyilir.















