ABŞ Rusiyaya qarşı bütün sanksiyaların ləğv ediləcəyini proqnozlaşdırıbbackend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards “The Daily Reckoning” nəşrinə müsahibəsində bildirib ki, dalana dirəndiyi üçün Rusiyaya qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, Vaşinqton başa düşüb ki, onun qlobal səhnədə əsas rəqibi Moskva deyil, Pekindir. Buna görə də ekspert hesab edir ki, ABŞ Rusiya ilə daha yaxın münasibətlər qurmağa çalışacaq.

“Əgər amerikalılar bunu etməsələr və Rusiya və Çinin birləşməsinə icazə verməsələr, ABŞ uduzacaq”, – Rikards qeyd edib.