ABŞ sakinləri laboratoriyadan qaçan meymunların sınaqdan keçirilmədiyinə əmin olublarbackend

ABŞ-da laboratoriyadan qaçan meymunlar sınaqdan keçirilməyib və xəstəlik daşımır. Bu barədə Yemassi Polis İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Heyvanlar gənc yaşlarına və ölçülərinə görə sınaq üçün heç vaxt istifadə olunmayıb. Alpha Genesis nümayəndəsi bu heyvanların xəstəlik daşımaq üçün çox gənc olduğunu təsdiqləyə bilər”, – deyə məlumatda bildirilir.

İdarədən verilən məlumata görə, qaçan heyvanlar çox gəncdir, təxminən 6-7 kilo ağırlığındadır. Polis rəsmiləri yerli sakinləri primatları görəndə dərhal polisə müraciət etməyə çağırıb.

Mənbə: TASS