ABŞ sanksiyaları fonunda neft qiymətləri yüksəlirbackend

Reuters xəbər verir ki, ABŞ-ın Rusiya neftinə qarşı yeni sanksiyaları fonunda neft qiymətləri son ayların ən yüksək səviyyəsinə qalxıb.

Yanvarın 13-də Brent markalı Şimal dənizi markalı neftin fyuçersləri 1,35 dollar artaraq 81,11 dollar/barelə çatıb. Bir gün əvvəl isə qiymət 81,44 dollara qalxaraq, karbohidrogen qiymətlərinin avqust ayı səviyyəsinə çatıb.

ABŞ-ın Qərbi Texas nefti 1,40 dollar bahalaşaraq barreli 77,97 dollara çatıb ki, bu da oktyabrın birinci yarısından bəri ən yüksək qiymətdir.