NATO iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə yeni regional müdafiə və çəkindirmə planlarını təsdiq edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-nun Brüsseldəki mənzil-qərargahındakı daimi nümayəndəsi Culian Smit deyib.
“Xüsusilə çəkindirmə və müdafiə ilə bağlı yeni regional planlar hazırlayacağıq. Bu, böyük əhəmiyyət kəsb edir, çünki bizim NATO ərazisinin hər qarışını qorumaq planlarımız olacaq”, – Smit qarşıdan gələn sammitin proqramını şərh edərkən deyib.
Diplomat qeyd edib ki, kiberməkan kimi digər mövzuların da müzakirəsi planlaşdırılır. O, həmçinin bildirib ki, alyans “orijinal planlarla birlikdə yeni komanda və nəzarət strukturuna malik olacaq.
