ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıbbackend

ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşları üçün bildiriş dərc edib.

İctimai.az xəbər verir ki, virtual nümayəndəliyin veb-saytında dərc olunan bildirişdə amerikalılara İranı tərk etmək tövsiyə olunub.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

Bildirilib ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalı, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.