Demokrat ABŞ senatoru Con Fetterman İranda hökumət əleyhinə etirazçılara dəstək çağırışı etdi.
O, bunu özünün X sosial media səhifəsində yazıb.
O, hər kəsin “cəsur İran etirazçılarını” dəstəkləməli olduğunu vurğulayıb. O, ABŞ və İsrailin Tehranda “pis rejimi” devirməkdə qazandığı uğurları davam etdirməyin vacib olduğunu bildirib.
Fetterman İran hökumətinin internetin bağlanmasını “ümidsiz bir addım” adlandırıb.















