Amerikalı senatorlardan ibarət nümayəndə heyəti gələn həftə Çinə gələcək və orada dövlət başçısı Xi Jinping ilə görüşməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyi ABŞ Konqresinin yuxarı palatasının Aydaho ştatından olan üzvü Mayk Kraponun bəyanatına istinadən xəbər verir.
Qanunvericinin sözlərinə görə, nümayəndə heyətinə hər iki partiyanın – Demokrat və Respublikaçıların nümayəndələri daxil olacaq. ABŞ Senatında demokrat çoxluğun lideri Çak Şumerin də Çinə gedəcəyi gözlənilir.
Parlamentarilər Çin lideri ilə danışıqlar apara bilsələr, əsas müzakirə mövzularından biri Micron Technology-nin fəaliyyəti olacaq. Sonuncu yarımkeçirici istehsalında ixtisaslaşmış aparıcı Amerika firmalarından biridir.
Mənbə: Bloomberg

