ABŞ senatorları Pentaqonun rəhbərindən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsini tələb ediblərbackend

Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup ABŞ senatoru Ukraynanın F-16 qırıcıları ilə təchizatı imkanlarını araşdırmaq xahişi ilə Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib.

Bu barədə “Politico” parlamentarilərin məktubuna istinadən xəbər verir.

Məktub müəlliflərinin fikrincə, Kiyevə bu cür yardım döyüş bölgəsində Ukrayna Silahlı Qüvvələrinə üstünlük verəcək. “Biz hesab edirik ki, ABŞ Ukraynaya F-16 təyyarələri verməyi ciddi şəkildə düşünməlidir.

Bu, döyüş meydanında oyun qaydalarını dəyişə biləcək əhəmiyyətli bir fürsət olardı”, – ABŞ Müdafiə Nazirliyinə göndərilən məktubun mətnindən belə çıxır.

Mənbə: Gazeta.ru

İctimai.az