İsrailin baş naziri Benyamin Netanyahu hökuməti nəzarətdən çıxıb.
Bunu X sosial şəbəkəsindəki səhifəsində Vermontdan olan müstəqil amerikalı senator Berni Sanders bildirib.
“Netanyahunun ekstremist hökuməti tamamilə nəzarətdən çıxıb. Onlar nəinki Qəzzada uşaqları ac qoyurlar, həm də ABŞ-ın təhlükəsizlik üzrə tərəfdaşı olan Qətərə bomba atmaqla beynəlxalq hüququ pozurlar”, – o yazıb.
Sanders həmçinin ABŞ-ı İsrailə hərbi yardımı dayandırmağa çağırıb.