Kyiv Post qəzetinin məlumatına görə, ABŞ dekabrda Bolqarıstan, Macarıstan və Slovakiyadan qoşunlarının bir hissəsini çıxarmağı planlaşdırır.
“Bolqarıstan, Macarıstan və Slovakiyada dekabrın ortalarından gec olmayaraq daha da azalma gözlənilir”, – nəşr qeyd edib.
Nəşrin mənbələri bildiriblər ki, bu ölkələr üçün Pentaqon “mülayim” hərbi geri çəkilmə strategiyasını nəzərdən keçirir.
Bundan əvvəl Rumıniya və NATO müttəfiqləri ABŞ-ın Avropadakı qoşunlarının sayının azaldılması ilə bağlı xəbərdar edilmişdilər. Qərar Tramp administrasiyası tərəfindən “ABŞ Silahlı Qüvvələrinin qlobal duruşunun yenidən qiymətləndirilməsi prosesinin bir hissəsi kimi” qəbul edilib.
 
										















