ABŞ dünyanın ən böyük Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxacaq. ABŞ Energetika Nazirliyi bu barədə sosial media səhifəsində məlumat verib.
Departament ABŞ Energetika Katibi Kris Raytın sözlərinə istinadən bildirib ki, “Prezident. Energetika Nazirliyinə Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxmaq səlahiyyəti verib”.
Bu, ölkənin hazırkı strateji neft ehtiyatının 40%-dən çoxunu təşkil edir. Təchizatların gələn həftə başlaması və təxminən 120 gün davam etməsi gözlənilir.











