ABŞ Suriyadakı yaraqlılara zərbələr endirmək planları barədə xəbərdarlıq edibbackend

ABŞ Suriyada terrorçulara zərbələr endirməzdən əvvəl İsrailə əvvəlcədən xəbərdarlıq edib.

Bu barədə Axios-un jurnalisti Barak Ravid Tramp administrasiyasındakı mənbələrə istinadən X sosial media saytında məlumat verib.

Ravid yazıb ki, zərbələr İslam Dövləti (İŞİD) yaraqlılarına (Rusiyada qadağan olunmuş təşkilat) yönəlib.

Dekabrın 20-də Tramp ötən həftə Amerika hərbçilərinə edilən hücuma cavab olaraq Suriyadakı terror bazalarına kütləvi zərbə endirildiyini açıqlamışdı.

Dekabrın 13-də Pentaqonun sözçüsü Sean Parnell bildirib ki, iki ABŞ hərbçisi və bir mülki tərcüməçi Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı həyati təhlükəsi olan xəsarətlər alıb.