ABŞ Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzadıb

ABŞ prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb, TASS Ağ Evin geniş bəyanatına istinadən xəbər verir.

Vaşinqtonun fikrincə, Suriya hökumətinin yürütdüyü siyasət milli təhlükəsizlik, xarici siyasət və ABŞ iqtisadiyyatı üçün təhdiddir. Buna görə də Bayden ABŞ-ın 19 il əvvəl, 2004-cü il mayın 11-də Dəməşqə qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyaları daha bir il uzatdığını bildirib.

ABŞ yenidən Suriya hakimiyyətini “zorakılıq və insan haqlarının pozulmasında” ittiham edib. Vaşinqton Suriya rejimini və onun tərəfdarlarını “öz xalqına qarşı amansız müharibəni dayandırmağa”, atəşkəs elan etməyə, ölkəyə xarici humanitar yardımın çatdırılmasını təmin etməyə və Suriyada siyasi nizamlanmanı müzakirə etməyə çağırıb.

Oxşar xəbərlər