Effektiv və sərfəli tank əleyhinə silahların mövcudluğuna, eləcə də yenilərinin yaranmasına baxmayaraq, tanklar yaxın gələcəkdə döyüş meydanında qalacaq.
Bu barədə “Business Insider” nəşrinə müsahibəsində ABŞ-ın ordu katibi Daniel Driskoll bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi zamanı zirehli texnikanın nümayiş etdirdiyi zəiflik tankın köhnəldiyini deməyə əsas verir.
Hərbçi həmçinin bildirib ki, bu döyüş maşınlarının taktiki rolu dəyişəcək. O, hesab edir ki, kamikadze pilotsuz uçan aparatların, yeni tank əleyhinə raketlərin və digər təhlükələrin meydana çıxması səbəbindən onlardan istifadə taktikası dəyişməlidir. Driskoll istisna etməyib ki, gələcəkdə tanklar uzaq mövqelərdə olacaq və döyüşə ilk olaraq avtonom döyüş maşınları çıxacaq.