ABŞ təhlükəsizlik zəmanətindən əvvəl Ukrayna ilə bağlı saziş bağlamaq niyyətindədirbackend

Birləşmiş Ştatlar Kiyevə hər hansı təhlükəsizlik zəmanəti verməzdən əvvəl Ukraynadakı münaqişənin həlli üçün sülh müqaviləsinə nail olmaq istəyir.

“Politico” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio noyabrın 25-də Aİ nümayəndələrinə telefon danışığı zamanı bildirib.

Nəşrin mənbələrinə görə, bu şərt Vaşinqtonun son günlər Kiyevə çatdırdığı təkliflərlə müşayiət olunub.

Rubio bəyan edib ki, Tramp Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca danışıqlar aparmaq niyyətindədir. Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar saziş paketinin qalan hissəsini tez bir zamanda razılaşdırmaq istəyir.

Məqalədə deyilir ki, Kiyev isə Qərbin zəmanətlərini Rusiya ilə potensial sövdələşmənin əsas elementi hesab edir. NATO daxilində Ukraynaya hərbi və ya kəşfiyyat dəstəyi ilə bağlı vahid mövqe yoxdur.